Jan-Klod Kili: "Görülən işlər təqdirəlayiqdir"

Jan-Klod Kili: "Görülən işlər təqdirəlayiqdir"


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Əlaqələndirmə Komissiyasının sədri Jan-Klod Killi Rusiyanın XXII Qış Olimpiya Oyunlarına hazırlıq işlərində çox böyük irəliləyişə nail olduğunu yüksək qiymətləndirib. 

Yalnız bir Olimpiya obyektinin istifadəyə hazır olmadığını qeyd edən Jan-Klod Kili bu obyektdə də tamamlama işlərinin vaxtında başa çatdırılacağına şübhə etmədiyini deyib.
"İnanmaq çətindir ki, sizin 2007-ci ildə Qvatemalada verdiyiniz vədlər artıq həyata keçmişdir. Görülən işlər təqdirəlayiqdir. Buyaxınlarda Soçidə keçirilən test yarışlarında iştirak etmiş idmançılarla aparılan sorğunun nəticələri onların burada yaradılan şəraitdən razı qaldıqlarını göstərib. Bu, bizim üçün əla xəbərdir. Soçi-2014 Olimpiya Oyunlarına qalmış bir il müddət ərzində Təşkilat Komitəsindən var gücü ilə işləmək tələb olunur. Hazırda tramplindən tullanma obyektində işlər yarımçıqdır. Düşünürəm ki, burada da işlər vaxtında təhvil veriləcək", - deyə BOK-un Əlaqələndirmə Komissiyasının sədri bildirib.