Uşuçularımız İslamiadada medal qazandılar

Uşuçularımız İslamiadada medal qazandılar

Oktyabrın 1-də İndoneziyada keçirilən 3-cü İslam Oyunları başa çatıb. Həmin gün uşu üzrə turnirdə azərbaycanlı idmançılar medal qazanıblar.
İdmançımız Ruslan Pirəliyev (65 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Elçin Eminov isə (56 kq) yarımfinalda iranlı Əli Bəxtiyarikabutarakiyə məğlub olaraq, bürünc medala layiq görülüb.