İslam Həmrəyliyi Oyunlarının bayragı Azərbaycana verilib

İslam Həmrəyliyi Oyunlarının bayragı Azərbaycana verilib


İndoneziyada III İslam Həmrəyliyi Oyunları başa çatıb. Sentyabrın 22-dən oktyabrın 2-dək Palembanq şəhərində keçirilmiş İslamiadada Azərbaycanı təmsil edən 53 idmançı 24 medal qazanıb (6 qızıl, 9 gümüş, 9 bürünc medal).
Bu il iyulun 21-dən 25-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş hesabat-seçki assambleyası keçirilib. Assambleyada səsvermə zamanı yekdilliklə qərara alınıb ki, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edəcək.

Oktyabrın 1-də Palembanqda Oyunların təntənəli bağlanış mərasimi olub. Mərasində İslam Oyunlarının bayrağı təntənəli surətdə Azərbaycana verilib. Bayrağı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qəbul edib.
Xatırladaq ki, sentyabrın 25-də Palembanqda "Azərbaycan günü” təşkil olunub və orada dövlətimizin başçısı İlham Əliyevin videomüraciəti səslənib. Videomüraciətdə Azərbaycanın İslam Həmrəylik Oyunlarına güclü dəstək verdiyi vurğulanıb. Azərbaycan Prezidenti videomüraciətdə qeyd etmiışdir: "Ümumilikdə, biz müsəlman dünyasında əməkdaşlıq, tərəfdaşlıq və həmrəyliyin gücləndirilməsi kimi müsbət meylləri tam dəstəkləyirik. Biz fəxr edirik ki, Bakı 2009-cu il üçün "İslam mədəniyyətinin paytaxtı” seçilmiş və Azərbaycanın digər qədim şəhəri olan Naxçıvan isə 2018-ci ildə "İslam mədəniyyətinin paytaxtı” olacaqdır.