Olimpiya Oyunlarında baş verən qeyri-adi hadisələr
Olimpizm xəbərləri
20.11.2022, 11:21
Şübhəsiz, Olimpiya oyunları çox ciddi və məsuliyyət tələb edən tədbirdir. İstər olimpiadaya ev sahibliyi edən ölkə, istərsə də idmançılar möhtəşəm turnirə hazırlaşmaq üçün xeyli vaxt sərf edirlər. Olimpiadaya məsul şəxslər isə hər şeyi, necə deyərlər, yüz dəfə ölçüb, bir dəfə biçirlər. Lakin hərtərəfli hazırlıqlara baxmayaraq, olimpiadalarda məzəli, qeyri-adi hadisələrdən qaçmaq mümümkün olmur.
20 il təkrarlanan səhv
Qış Olimpiya Oyunlarının ən məzəli hadisəsi Yaponiyada baş verib. Sapporo şəhərində 1972-ci il Qış Olimpiya Oyunlarının məşqləri keçirilən zaman olimpiadanın rəsmi bayrağı böyük qürur hissi ilə arenaya gətirilib. Şounu izləyən tamaşaçılardan biri diqqətlə bayrağa nəzər salıb və Beynəlxalq Olimpiya Komitəsinin 20 ildən bəri təkrarladığı səhv üzə çıxıb. Sən demə, bu illər ərzində Olimpiya oyunlarında dalğalandırılan bayrağın üzərində əks olunan həlqələr səhv rənglənibmiş. Məsələ burasındadır ki, BOK-un qəbul etdiyi qərara görə, Olimpiya bayrağında olan həlqələrin rəng ardıcıllığı belədir: mavi, sarı, qara, yaşıl və qırmızı. Sapporoda dalğalandırılan bayraqda isə rənglər bu ardıcıllıqla düzülmüşdü: sarı, mavi, yaşıl, qara və qırmızı. Diqqətli tamaşaçı bu barədə Təşkilat Komitəsinə məlumat versə də, onlar nə baş verdiyini anlamayıblar. Axı 20 il ərzində təşkil edilən Qış Olimpiya Oyunları məhz həmin bayrağın altında keçirilirdi. Yaponlar əvvəlki olimpiadaların videoyazılarını diqqətlə araşdırıblar və bəlli olub ki, bu səhv 1952-ci ildən heç kimin diqqətini cəlb etməyib.
"Təkrar et"
Tamaşaçının həddindən artıq diqqətli olması bəzi hallarda idmançının zədələnməsinə gətirib çıxaran şərait yaradır. Bu cür hadisələrdən biri fiqurlu konkisürmə üzrə ikiqat dünya çempionu, rusiyalı Vladimir Kovalyovun başına gəlib. Olimpiya oyunlarının birində sərbəst proqram üzrə çıxış edən Vladimir havaya sıçrayaraq, üç dəfə fırlanır. Qeyd edək ki, bu hərəkət fiqurlu konkisürmədə ən mürəkkəb elementlərdən biri sayılır. Rusiyalı idmançı fırlanmanı dəqiq yerinə yetirir. Elə bu vaxt tribunadan kimsə qarışıq ləhcə ilə rus dilində qışqırır: "Təkrar et". Əlacı kəsilən Kovalyov bu mürəkkəb hərəkəti təkrarlamalı olur və üzünü tribunaya çevirərək deyir: "Hə, necədir, xoşuna gəldi?"
Təsadüfən vurulan qol
Daha bir maraqlı hadisə Solt-Leyk-Siti-2002 Olimpiadasının hokkey turnirində qeydə alınıb. Turnirdə təsadüfən vurulan bir qol Belarus yığmasını yarımfinala çıxarıb. Sensasiyalı qol İsveç-Belarus matçının başa çatmasına iki dəqiqə qalanda vurulub. Qarşılaşmanın hesabı 3:3 olanda Belarus yığmasının müdafiəçisi Vladimir Kopat növbəti dəfə əvəzləndiyi üçün meydançadan çıxırmış. Elə bu vaxt şayba onun qabağında yerə düşür. Kopat ayağının biri meydançada, digəri isə kənarda ikən şaybanı rəqib qapısına doğru yönəldir. İsveç yığmasının qapıçısı Tommi Salo şaybanı tuta bilmir və bu qol Belarus yığmasını olimpiadanın yarımfinalçısı edir. Akkreditasiya olunan it
Turin-2006 Olimpiadasında baş verən maraqlı hadisə kimi Çevvi ləqəbli itin akkreditasiya olunmasını göstərmək olar. Olimpiadanı izləmək üçün Turinə gələn ABŞ vətəndaşı Deron Relvz öz itini akkreditasiya etdirib. Təşkilatçılar Çevvinin xaltasından onun şəkli və adı həkk olunmuş xüsusi vəsiqə asıblar. Maraqlıdır ki, təşkilatçılar Çevvinin soyadını vəsiqədə "Relvz" kimi göstəriblər. Akkreditasiya olunan Çevvi Olimpiya kəndinin ərazisini başdan ayağa, özü də təhlükəsizlik xidmətinin əməkdaşlarına heç bir sənəd təqdim etmədən gəzmək hüququ qazanıb.
Türkay Niftəliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
13.06.2026, 23:20 MOK
-
Avarçəkənimiz Avropa çempionu olub
12.06.2026, 15:17 Su idman növləri
-
"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
12.06.2026, 13:52 Futbol
-
AOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
12.06.2026, 13:21 MOK
-
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
12.06.2026, 12:58 Gündəm
-
Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
12.06.2026, 11:45 Olimpiya dünyası
-
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
12.06.2026, 11:04 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
12.06.2026, 10:52 Voleybol
-
Dünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə
12.06.2026, 09:33 Futbol
-
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
12.06.2026, 08:55 Tennis
-
Meksika Dünya Kubokunun açılış oyununda qalib gəldi
12.06.2026, 01:22 Futbol
-
Mourinyo yenidən "Real"da
12.06.2026, 00:09 Futbol
-
Dünya çempionatının açılış mərasimi keçirilib
11.06.2026, 22:58 Gündəm
-
Basketbol millimiz dünya reytinqində ilk pilləyə yüksəlib
11.06.2026, 22:14 Basketbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
11.06.2026, 14:40 Olimpiya dünyası
-
Sevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
11.06.2026, 09:59 Gündəm
-
Azərbaycan boks tarixində ilk
09.06.2026, 17:35 Gündəm
-
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
09.06.2026, 12:49 MOK
-
"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
09.06.2026, 11:51 Olimpiya dünyası
-
Millimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
09.06.2026, 10:26 Futbol
-
Olimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
08.06.2026, 22:14 Son xəbər
-
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
08.06.2026, 19:51 AMADA
-
MPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
08.06.2026, 19:16 Olimpiya dünyası
-
Azərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
08.06.2026, 18:59 Olimpiya dünyası
-
Qəhrəmanlıq tariximizə şərəf qatanlar
08.06.2026, 18:05 Olimpiya dünyası
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
08.06.2026, 16:25 Futbol
-
Azərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
08.06.2026, 15:55 Tennis
-
Azərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
08.06.2026, 15:37 Olimpizm xəbərləri
-
Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
08.06.2026, 15:21 Gimnastika
-
Millimizin baş məşqçisi Vyetnamda təlim keçib
08.06.2026, 13:25 Güləş
-
Məşqçilər üçün seminar təşkil edilib
08.06.2026, 12:32 Taekvondo
-
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
08.06.2026, 11:49 Güllə atıcılığı
-
Helsinborqda bürünc medal
08.06.2026, 11:40 Tennis
-
Şahmatçımızdan uğurlu başlanğıc
08.06.2026, 10:47 Olimpizm xəbərləri