Ukrayna Olimpiya Komitəsi Soçi Universiteti ilə müqavilə imzalayıb

Ukrayna Olimpiya Komitəsi Soçi Universiteti ilə müqavilə imzalayıb
Ukrayna Olimpiya Komitəsi idmanın kütləviliyi və təcrübə mübadiləsi üçün Rusiya Olimpiya Komitəsinin Soçi Olimpiya Universiteti ilə müqavilə imzalayıb. Bu məlumat Soçi şəhər rəhbərliyi tərəfindən yayılıb.
Müqavilədə beynəlxalq və yerli təcrübədən istifadə edilib. Universitetin rektoru Lev Belousovun sözlərinə görə bu əməkdaşlıq yeni texnologiyaların, o cümlədən, idman biliklərinin qarşılıqlı öyrənilməsinə kömək edəcək. Ukrayna Olimpiya Komitəsinin rəhbəri Sergey Bubka isə əməkdaşlıq müqaviləsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edəcəyini bildirib. Qeyd edək ki, Soçi Olimpiya Universitetinin əsası 2009-cu ildə Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə qoyulub. Burada yüksək ixtisaslı idman menecerləri hazırlanacaq. Universitetin bəzi korpuslarının inşası hazırda davam etdirilir. Bu korpuslar
Soçi-2014 Qış Olimpiya Oyunlarının açılış mərasimi ərəfəsində istifadəyə veriləcək.