Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı müəyyənləşdi

Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı müəyyənləşdi

Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı müəyyənləşib. Dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada I turun oyunlarına start veriləcək. Əvvəlcə meydana "Murov” və "Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan iki saat sonra "Azərreyl”- UNEC oyununa start veriləcək.

Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada birinci turun "Murov” – "Neftçi” oyunu təşkil olunacaq. Matç saat 17:00-da başlayacaq.

Hər üç görüş Voleybol Mərkəzində təşkil olunacaq.