Gənclər və İdman Nazirliyinin 17 mart tarixli Kollegiya iclasında 2027-ci il üçün "İdman Paytaxtı" müəyyənləşib.
Olimnews.az xəbər verir ki, namizəd şəhərlərin təqdimatlarından sonra keçirilən səsvermənin nəticələrinə əsasən, Yevlax şəhəri gələn il üçün ölkənin "İdman Paytaxtı" seçilib.
Qeyd edək ki, bu status çərçivəsində il ərzində şəhərdə müxtəlif idman tədbirlərinin təşkili nəzərdə tutulur.


