Avropa klubları Ronaldonun transferindən niyə imtina edirlər?

Avropa klubları Ronaldonun transferindən niyə imtina edirlər?

UEFA Çempionlar Liqasında çıxış edən bir sıra Avropa klublarının Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun trasferindən imtina etməsinin səbəbləri açıqlanıb. Buna səbəb ulduz hücumçunun noyabrın sonunda "Mançester Yunayted"dən qalmaqallı şəkildə ayrılmasıdır.

Təcrübəli oyunçunun Qətərdəki dünya çempionatı zamanı yığmada əsas heyətdəki yerini itirməsi də burada rol oynayıb.

Klublar forvardın yaşını və maaş tələblərini nəzərə aldıqdan sonra keçidin ağlabatan olmadığını düşünüblər.

Qeyd edək ki, Kriştianu Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqavilə imzalayacağı gözlənilir.