Yüksək Liqada ilk tur başa çatdı

Yüksək Liqada ilk tur başa çatdı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında birinci tura yekun vurulub. “Murov” komandası “Neftçi” ilə üz-üzə gəlib. Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada “Neftçi” ilk setdə 25:20 hesabı ilə üstün olub. İkinci hissədən təşəbbüsü ələ alan “Murov” yekunda qələbəyə sevinib - 3:1 - (20:25; 25:15, 25:17, 25:14). Bununla da ilk turdan sonra aktivinə 3 xal yazdıran “Xarıbülbül” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Neftçi” və MOİK isə turu xalsız başa vurub.