AVF rəsmisinə növbəti təyinat

AVF rəsmisinə növbəti təyinat

Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova yeni təyinat alıb. N.İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasının B qrupu çərçivəsində keçiriləcək “Prometey” (Ukrayna) – “Alba” (Rumıniya) matçının supervayzeri olacaq.

CEV-in bu matç üçün təyinatlarına əsasən, N.İsmayılova görüşün hakimləri macarıstanlı Peter Szabo və fransalı Kristofe Lekourtun işinə qiymət verəcək.

Görüş bu gün Çexiyanın Kutna Hora şəhərində keçiriləcək.