“Xarıbülbül” “Neftçi”yə qalib gəldi

“Xarıbülbül” “Neftçi”yə qalib gəldi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci turdan təxirə salınan “Neftçi” - “Xarıbülbül” oyunu keçirilib. Azərbaycan Voleybol Mərkəzində təşkil olunan oyun “Xarıbülbül” komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:21 hesabı ilə qalib gələn Şuşa klubu sonrakı setləri də aktivinə yazıb - 25:23, 25:20.

Turun və birinci dövrənin son matçından sonra “Murov” doqquz xalla turnir cədvəlinə liderlik edir. “Xarıbülbül” 6 xalla ikinci, hesabında üç xalı olan “Neftçi” 3-cüdür. Xalı olmayan MOİK isə sonuncu pillədə qərarlaşıb.