Sabah Yüksək Liqada II dövrəyə start veriləcək

Sabah Yüksək Liqada II dövrəyə start veriləcək

Sabah kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin oyunlarına start veriləcək. IV tur çərçivəsində keçiriləcək oyunlarda meydana ilk olaraq “Neftçi” və “Murov” komandaları çıxacaq. Oyun saat 16:00-da başlanacaq.

Günün növbəti oyunu MOİK və “Xarı bülbül” klubları arasında keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək.

Görüşlər Voleybol Mərkəzində təşkil olunacaq.