Lider turu məğlubiyyətlə başa vurdu 

Lider turu məğlubiyyətlə başa vurdu 

Qadın voleybolçular arasında Azərbaycan çempionatının beşinci turu çərçivəsində növbəti oyun keçirilib.

Görüşdə “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gəliblər. Oyun “Abşeron”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər oyununda “Murov” və UNEC komandaları qarşılaşacaqlar.

Hesabında 11 xal olan “Azərreyl” komandası turnir cədvəlinin lideridir. “Abşeron” doqquz xalla ikinci, “Murov” yeddi xalla üçüncüdür. UNEC hələ xal qazana bilməyib.