“Qərbi Azərbaycan idmanı” adlı kitabın xüsusi buraxılışı hazırlanır
BOK
21.02.2023, 14:33
İdman və bədən tərbiyəsi sahəsində bir sıra kitab müəllifi olan pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin tezliklə yeni kitabı işıq üzü görəcək. Bu sahədə yorulmaz fəaliyyət göstərən pedaqoq “Qərbi Azərbaycan idmanı” adlı kitabın xüsusi buraxılışını hazırlayır. Qərbi Azərbaycanın başqa sahələrdə olduğu kimi idman tarixində də silinməz izlər qoymuş insanlarının əf¬sanəyə bənzər fəaliyyətləri bu gün də xalqın hafizəsində yaşamaqdadır. İdmanımızın şanlı səhifələ¬rini yaradanların xatirəsi daim əziz tutulur. Keçmiş irsə doğma münasibət, idmançılarımızı indi ye-tişməkdə olan nəslə tanıtmaq, yeni nəslin tərbiyəsində sələflərin həyat təcrübəsindən istifadə etmək, keçmişə hörmət və rəğbət hissinin aşılanması təqdirəlayiqdir. Bu gün¬lərdə Vətənimizin yeni şanlı tarixi yazılır. Şanlı tarixin ən dəyərli sözlərini Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsi kimi Azərbaycan or¬dusu dedi. Fərəhli haldır ki, biz bu şanlı tarixin canlı şahidləriyik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə dediyi kimi: “İnşallah! O gün gələcək. Necə ki 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi gün gəldi. O günün yaxınlaşması üçün hər birimiz Qərbi Azərbaycan İcmasına əlimizdən gələn köməyi əsirgəməməliyik”. Pedaqogika üzrə elmlər doktoru bu zərurətin mahiyyətini dərindən dərk edərək, Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi kimi, müvafiq sənədlərə və mənbələrə istinad edərək “Qərbi Azərbaycan idmanı” adlı kitab hazırlayır. Kitabda Qərbi Azərbaycanın bədən tərbiyəsi və idman tarixi, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, idmançıların həyatı və idman nailiyyətləri işıqlandırılacaq. Bir sözlə “Qərbi Azərbaycan idmanı” adlı bu kitab Qərbi Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın XX əsrdən bu günümüzədək keçdiyi inkişaf yoluna işıq salacaq. 2 fəsil və 4 yarımfəsildən ibarət olacaq kitab oxucuda müəyyən təəssüratlar yaradacaq, bu sahə üzrə ixtisasçılar, qərbi azərbaycanlılar, idman ictimaiyyəti, habelə geniş oxucu kütləsi üçün faydalı olacaq. Nəzərə almaq lazımdır ki, kitab Qərbi Azərbaycan idmançılarının tarixini belə geniş əhatə edən ilk nəşr olacaq. Bunun üçün Qərbi Azərbaycanda bədən tərbiyəsi və idman tarixi, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, pəhləvanların, idmançıların həyatı və idman nailiyyətləri barədə, fotoşəkil olmaqla Dilqəm Quliyevin elektron ünvanına göndərməniz xahiş olunur.
Dilqəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
pedaqogika üzrə elmlər doktoru, professor
[email protected]. Tel: 050 488 60 80; 0125648337
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol
-
"Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək
10.07.2026, 10:32 Futbol
-
Fransa millisi dünya çempionatında ilk yarımfinalçı olub
10.07.2026, 03:40 Futbol
-
AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
09.07.2026, 14:48 AMADA
-
Azərbaycanı beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq
09.07.2026, 14:28 Olimpizm xəbərləri
-
Azərbaycanın 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri müəyyənləşib
07.07.2026, 22:42 Basketbol
-
DÇ-2026: Argentina əzmkar qələbə ilə 1/4 finalda
07.07.2026, 22:10 Futbol
-
Çempionlar Liqası: “Sabah” Bakıda UELS təmsilçisinə qalib gəldi
07.07.2026, 21:00 Futbol
-
BOK Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını yumşaldıb
07.07.2026, 20:37 Olimpizm xəbərləri
-
AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib
07.07.2026, 19:46 AMADA
-
"Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nun açılış mərasimi keçirilib
07.07.2026, 13:51 Olimpiya dünyası
-
Qubada yenilənmiş güləş zalı istifadəyə verilib
07.07.2026, 13:48 Güləş
-
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib
07.07.2026, 13:18 Gündəm
-
DÇ-2026: İspaniya millisi don dəqiqələrdə 1/4 finala vəsiqə qazandı
07.07.2026, 01:05 Futbol
-
Cəmil Əliyevə növbəti sertifikat təqdim olunub
06.07.2026, 17:41 Su idman növləri
-
DÇ-2026: 1/4 finalın növbəti iştirakçıları müəyyənləşir
06.07.2026, 16:37 Futbol
-
UEFA bəyanat yaydı
06.07.2026, 16:22 Olimpizm xəbərləri
-
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
06.07.2026, 11:41 Güllə atıcılığı
-
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
06.07.2026, 10:40 Voleybol
-
Dünya çempionatı: İngiltərə millisi 1/4 finalda
06.07.2026, 08:57 Futbol
-
AMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
03.07.2026, 13:39 AMADA
-
Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz müəyyənləşib
03.07.2026, 13:19 Güləş
-
Fərid Qayıbov UNESCO-nun dopinqə qarşı konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib
03.07.2026, 11:40 Olimpiya dünyası
-
Atletlərimiz Balkan çempionatında iştirak edəcək
03.07.2026, 11:33 Atletika
-
"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
03.07.2026, 11:23 Basketbol