Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turdan təxirə salınan oyun keçirilib. Voleybol Mərkəzində ikinci pillədə qərarlaşan “Xarı bülbül” autsayder MOİK-lə qarşılaşıb. Görüş “Xarı bülbül”ün inamlı qələbəsi ilə yekunlaşıb. Adıçəkilən komanda rəqibini hər üç hissədə üstələyib – 3:0 (27:25, 25:8, 25:19). Bu qələbə sayəsində “Xarı bülbül” aktivincəki xal sayını 15-ə yüksəldib. MOİK-in isə cəmi 1 xalı var.
“Xarı bülbül”dən növbəti qələbə