Həmyerlimiz Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib

Həmyerlimiz Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib

Azərbaycan Qış İdmanı Növləri Federasiyasının baş katibi Günel Bədəlova Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib.Federasiyadanverilən məlumata görə, seçki Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun Baş Assambleyasında keçirilib. Onlayn formatda təşkil edilən toplantı zamanı səsvermənin nəticələrinə əsasən, Günel Bədəlova növbəti 4 il müddətinə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti vəzifəsini yerinə yetirəcək.