“İdman Akademiyası” ölkə çempionatına liderlik edir

“İdman Akademiyası” ölkə çempionatına liderlik edir

“AHF Arena”da təşkil olunan yarışın XXIII turunda mövsümə inamla start verən “İdman Akademiyası” ilə “Məhsul”un görüşü gərgin mübarizə şəraitində keçib. “Məhsul”un ciddi müqavimətinə baxmayaraq, oyun ev sahibinin xeyrinə başa çatıb – 25:23.

“Təhsil – “Dinamo” matçında daha inamlı oyun nümayiş etdirən “dinamoçular” pərəstişkarlarını sevindiriblər - 31:24. “Bakı” isə autsayder U-16 üzərində 44:25 hesablı qələbə qazanıb.

“İdman Akademiyası” komandası XXIV turun görüşündə “Məhsul” üzərində daha inamlı qələbəyə imza atıb – 32:20. “Təhsil” “Dinamo” ilə növbəti qarşılaşmada ötən turdakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb – 25:22. “Bakı” isə U-16 üzərində daha bir böyükhesablı qələbəni rəsmiləşdirib – 44:26.

Çempionata 51 xalla “İdman Akademiyası” başçılıq edir. “Məhsul” ondan 10 xal geri qalır. “Dinamo” 39 xalla üçüncü, “Təhsil” 30 xalla dördüncü pillədədir. Beşinci yerdəki “Bakı”nın 13 xalı var. Hərəyə 3 xalı olan RİOEUGİM və U-16 komandaları son pillələri bölüşürlər.