Bu gün Azərbaycan çempionatının final oyununa start veriləcək

Bu gün Azərbaycan çempionatının final oyununa start veriləcək

Bu gün voleybol üzrə Azərbaycan çempionatında ilk final oyunlarına start veriləcək. Final mərhələsinə ilk olaraq kişi voleybolçuların mübarizəsi ilə start veriləcək. Finalda "Xarı bülbül" və "Murov" kollektivləri, bürünc medal uğrunda görüşdə isə "Neftçi" və MOİK komandaları üz-üzə gələcəklər.

Qadın voleybolçuların həlledici matçları isə aprelin 12-də başlayacaq. "Abşeron" və "Azərreyl" çempionu, UNEC və "Murov" isə bürünc mükafatın sahibini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, Yüksək Liqaların reqlamentinə əsasən, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar təşkil olunacaq. Oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)
Final və bürünc medal uğrunda
11 aprel
1-ci oyunlar
17:00 "Neftçi" - MOİK
19:00 "Xarı bülül" - "Murov"

Yüksək Liqa (qadınlar)
Final və bürünc medal uğrunda
12 aprel
1-ci oyunlar
15:00 "Azərreyl" - "Abşeron"
17:00 "Murov" - UNEC