Bu gün Azərbaycan çempionatının qalibi müəyyənləşə bilər

Bu gün Azərbaycan çempionatının qalibi müəyyənləşə bilər

Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasının final və bürünc medal uğrunda oyunları keçiriləcək. İlk olaraq meydana bürünc medal üçün UNEC və “Murov” klubları çıxacaqlar. Bu komandaların ilk iki görüşündə “Murov” rəqibini quru hesabla məğlub edib. UNEC mübarizəni davam etdirmək üçün mütləq bu oyunda qələbə qazanmalıdır. “Murov” isə qalib gələcəyi təqdirdə ölkə birinciliyinin bürünc medalına sahib çıxacaq.

Daha sonra “Abşeron” və “Azərreyl” klubları final matçına çıxacaq. Cütün ilk iki final matçı “Azərreyl”in quru hesablı qələbəsi ilə başa çatıb. Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu dəfə də qalib gələcəyi təqdirdə çempion adını qazanacaq. Görüş “Abşeron”un qələbə isə yekunlaşarsa, əlavə qarşılaşmaya ehtiyac duyulacaq.