Bu gün Konfrans Liqasında yarımfinalçılar müəyyənləşəcək

Bu gün Konfrans Liqasında yarımfinalçılar müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. Cavab oyunlarından sonra yarımfinalın iştirakçıları müəyyənləşəcək. Görüşlərdən ikisi Bakı vaxtı ilə saat 20:45-də, digər ikisi isə saat 23:00-da başlayacaq.

"Fiorentina" ilk matçda darmadağın etdiyi Polşa "Lex"i ilə bu dəfə İtaliyada qarşılaşacaq. "AZ Alkmaar" isə Belçikada "Anderlext"ə 0:2 hesablı məğlubiyyətin əvəzini Niderlandda çıxmağa çalışacaq.

Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran Belçika "Gent"i İngiltərədə "Vest Hem"in qonağı olacaq. "Nitsa" isə Fransada İsveçrə "Bazel"i ilə münasibətlərinə aydınlıq gətirəcək.