Çimərlik voleybolçularımız təlim-məşq toplanışı üçün Antalyaya yola düşüblər. Voleybolçularımız rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi altında 14 gün hazırlıq keçəcəklər. Komandamız hazırlıq prosesi çərçivəsində Rusiya və Türkiyə klubları ilə yoxlama matçlarında güclərini sınayacaq.
Təlim-məşq toplanışına 6 qız və 7 oğlan voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə yerli mütəxəssislərimiz Nihad Tarverdiyev (qızlar) və Cəlil Baxtiozin (oğlanlar) kömək edəcəklər.