Heydər Əliyevi Bakıya gətirən pilot: “Dispetçer əsəbi tərzdə geri qayıtmaq əmri verdi”
BOK
08.05.2023, 15:52
“Heydər Əliyevin Naxçıvandan Bakıya gətirilməsi çox təhlükəli bir zamanda həyata keçirildi və bunun üçün əvvəlcədən plan hazırlamalı oldum”.
Bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti İlham Əmirov deyib.
O bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini təmin etmək lazım idi:
“Bunun üçün xüsusi təyyarə hazırlandı və mən kapitan kimi təyyarəni idarə edərək Bakıdan Naxçıvana yola düşdüm. Naxçıvan hava limanında çoxlu sayda silahlı dəstələr var idi. Onlar AXC üzvləri idilər və Heydər Əliyevin Bakıya qayıtmasının qarşısını almaq barədə təlimatlandırılmışdılar. Lakin mənim idarə etdiyim təyyarənin hava limanına nə üçün gəldiyini bilmirdilər. Silahlı şəxslər çox sorğu-sual edərək nə üçün Naxçıvana gəldiyimi soruşdular. Məsələnin mahiyyətindən xəbərdar olduğum üçün onlara heç bir məlumat vermədim.
Həmin dövrdə vəziyyət çox gərgin idi. Bir tərəfdən, Ermənistanın Azərbaycana ərazi iddiaları və Qarabağda davam edən müharibə, digər tərəfdən isə daxildəki gərginlik xaos vəziyyəti yaratmışdı. Həm ermənilər, həm də AXC bilirdilər ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyətin sabitləşməsinə səbəb olacaq, bu da onların məqsədlərinə nail olmalarına əngəl yaradacaq. Ömrünü Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev kimi nəhəng siyasi xadim dövlətin bütün düşmənlərini, xalqın mənafeyinə zidd siyasət aparan siyasi qüvvələri kənarlaşdıracaq. Bu baxımdan sərnişini Heydər Əliyev olan təyyarəni nə Ermənistan, nə də Gəncə şəhəri üzərindən Bakıya gətirmək olmazdı. Ona görə də alternativ marşrutdan istifadə etmək lazım idi. Buna görə də əvvəlcədən hazırlanan plan üzrə təyyarəni İran üzərindən idarə edib Bakıya gəlməyə qərara aldım. Beynəlxalq uçuş qanunlarına əsasən, digər dövlətin hava məkanına daxil olmaq üçün mütləq icazə almaq lazımdır. Buna görə də qabaqcadan hazırlanmış plana görə İran tərəfdən icazə almışdıq və bu icazəyə əsasən, təyyarəni bu ölkənin hava məkanına daxil olaraq Bakıya istiqamət götürdü”.
İlham Əmirov vurğulayıb ki, təyyarənin istiqamətinin dəyişilməsi dispetçer tərəfindən narazılıqla qarşılanıb və ona əsəbi tərzdə geri qayıtmaq əmri verilib:
“Lakin mən bu əmrə məhəl qoymadım və ulu öndəri Bakıya çatdırdım”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası
-
Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
05.10.2026, 12:19 Cüdo
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
05.10.2026, 12:09 Formula 1
-
Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
05.10.2026, 11:12 Boks
-
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
05.10.2026, 10:45 Su idman növləri
-
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
05.10.2026, 10:33 Gündəm
-
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
05.10.2026, 10:04 Şahmat
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
05.10.2026, 09:38 Cüdo
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika