Avropa Olimpiya Komitələrinin qərarı ilə Rusiya və Belarus idmançıları Polşada təşkil oluncaq III Avropa Oyunlarında iştirak etməyəcəklər. Bu qərar hər iki ölkədə böyük səs-küy yaradıb. Rusiya Dövlət Dumasının idman və bədən tərbiyəsi Komitəsinin nümayəndəsi Dmitri Svişev bu barədə fikir bildirib.
“Doğrusu bu qərarı gözləmirdik. Böyük idman yarışlarına buraxıldığımız bir məqamda AOK-un bu cür addımı bizi məyus etdi. Polşanın bizə qarşı münasibətini bilirik. Lakin onlar idmanı siyasətə qatdılar. Təşkilatçı ölkə kimi, bizi Avropa oyunlarında görmək istəmirlər”, - deyə komitə rəsmisi deyib.
Qeyd edək ki, Rusiya Asiya Oyunlarında iştirak etmək üçün bu qitənin ali qurumuna müraciət edib.
Dmitri Svişev: “Polşanın bizə qarşı münasibətini bilirik”