Cüdoçularımız Qran-Pri turnirini 4 medalla başa vurdular

Cüdoçularımız Qran-Pri turnirini 4 medalla başa vurdular

İyunun 2-4-də Tacikistanın paytaxtı Düşənbə şəhərində cüdo üzrə Qran-Pri turniri keçirilib. 40 ölkədən 315 (175 kişi, 140 qadın) idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da mübarizə aparıblar. Komandamız turnirdə 12 (9 kişi, 3 qadın) cüdoçu ilə təmsil olunub. Təmsilçilərimiz yarışı 2 gümüş və 2 bürünc medalla başa vurublar. Cüdoçularımızdan Turan Bayramov (-60 kq) və Gültac Məmmədəliyeva (-52 kq) gümüş medala sahib çıxıb. Yaşar Nəcəfov (-66 kq) və Elcan Hacıyev (-90 kq) isə üçüncü yeri tutublar.

Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 8-ci yeri tutub.