Messi sağ göstərib, sol vurdu

Messi sağ göstərib, sol vurdu

PSJ-dən ayrılan Lionel Messinin yeni klubu bəlli olub argentinalı hücumçu "İnter Mayami"yə keçib. İngiltərə millisinin sabiq üzvü Devin Bekhemin sahibi olduğu ABŞ klubu bunu sosial şəbəkə hesabları vasitəsilə elan edib. Müqavilənin imzalanma mərasiminin iyulun 1-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Lionel Messinin "Barselona"ya qayıdacağı haqda da xəbərlər yayılmışdı. Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə də danışıq aparan 36 yaşlı hücumçu bu variantı da seçməyib.