Zemfira Meftaxetdinova: “İdmançılarımızın uğurlarına görə çox sevinirik” - MÜSAHİBƏ
BOK
24.06.2023, 18:18
Polşada keçirilən III Avropa Oyunları davam edir. Artıq Oyunlar çərçivəsində təşkil olunan atıcılıq üzrə bir sıra yarışlara da start verilib. Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftaxetdinova da komandamızla birgə həmin yarışları izləyələr arasındadır. Zemfira xanımla əlaqə saxlayaraq, Azərbaycan idmançılarının III Avropa Oyunlarındakı çıxışı barədə məlumat öyrəndik.
- Zemfira xanım, hazırda Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti kimi Polşada idmançılarımızın yanındasınız. İstərdik ki, komandamızın III Avropa Oyunlarındakı nəticələri ilə bağlı təəssüratlarınızı bildirəsiniz.
- İdmançılarımız Polşanın müxtəlif şəhərlərində keçirilən yarışlarda iştirak edirlər. Sevindirici haldır ki, komandamızın üzvləri artıq müxtəlif idman növləri üzrə yarışlarda uğurla çıxış edərək, mükafatçılar sırasında yer alıblar. Təmsilçilərimiz karate yarışlarında iki qızıl, bir bürünc, taekvondoda isə bir gümüş və bir bürünc medal əldə ediblər. Bu, Azərbaycan idmanının uğurudur. Hər birimiz idmançılarımızın uğurlarına görə çox sevinirik. Qarşıda hələ bir neçə idman növü üzrə yarışlarımız var. İdmançılarımız mübarizəyə hazırdırlar və fəxri kürsüdə yer almaq üçün əllərindən gələni edəcəklər. İnanıram ki, karate və taekvondoda olduğu kimi, digər idman növlərində çıxış edəcək atletlərimiz də uğurlu çıxışları ilə komandamızın aktivinə medallar yazdıracaqlar.
- İstərdik ki, bir qədər də III Avropa Oyunları çərçivəsində keçirilən atıcılıq yarışları barədə danışasınız. Bu oyunlar gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verəcək.
- III Avropa Oyunlarının atıcılıq yarışları Polşanın Vrotslav şəhərində keçirilir. Qeyd edim ki, Vrotslavla Krakov arasında təxminən 4 saatlıq məsafə var. Burada yalnız atıcılıq yarışları təşkil olunur. Bəli qeyd etdiyiniz kimi, III Avropa Oyunlarının atıcılıq yarışları Paris-2024-ə lisenziya xarakteri daşıyır. Buna görə də qitənin ən güclü idmançıları bu yarışda medallar uğrunda mübarizə aparırlar. Bu isə yarışın nə dərəcədə gərgin keçdiyindən xəbər verir.
- Komandamızın üzvləri də artıq atıcılıq yarışlarında bir neçə növdə mübarizə aparıblar. Bu gün isə qızınız Recina Meftahəddinova skit növündə iştirak edib. Atıcılıq Federasiyasının vitse-prezidenti kimi idmançılarımızın çıxışlarını necə dəyərləndirirsiniz?
- Atıcılıq üzrə yarışlar hələ ki, davam edir. İdmançılarımız da bu bir neçə gün ərzində yarışlarda mübarizə aparıblar. Artıq güllə atıcılığı üzrə bir neçə növdə yarışlar yekunlaşıb. Qarşıda isə hələ daha bir neçə növ üzrə yarışlar davam edəcək. Stend atıcılığı üzrə qızlarımız isə bu gün mübarizəyə başladılar. Onlar təsnifat yarışlarında iştirak etdilər. Sabah datəsnifatın ikinci günündə daha iki dövrədə mübarizə davam edəcək. Sonra isə qızlarımız komanda yarışında iştirak edəcəklər. Bunun üçün də nəticədən danışmaq hələ tezdir. Əsas odur ki, şanslarımız var.
- Zemfira xanım, istərdik ki, bir qədər də yarışın təşkilatçılıq səviyyəsindən danışasınız.
- Təşkilatçılıq yüksək səviyyədədir. İdmançılar üçün hər bir şərait yaradılıb. Xüsusən də nəqliyyat infarstukturunu qeyd edə bilərəm. Hələki heç bir problem yoxdur. Ümid edirəm ki, hər şey yüksək səviyyədə də davam edəcək.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası
-
Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
05.10.2026, 12:19 Cüdo
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
05.10.2026, 12:09 Formula 1
-
Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
05.10.2026, 11:12 Boks
-
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
05.10.2026, 10:45 Su idman növləri
-
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
05.10.2026, 10:33 Gündəm
-
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
05.10.2026, 10:04 Şahmat
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
05.10.2026, 09:38 Cüdo
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
02.10.2026, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
02.10.2026, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
02.10.2026, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
02.10.2026, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
02.10.2026, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri