Azərbaycan komandası III Avropa Oyunlarını 3 qızıl, 2 gümüş və 6 bürünc medalla başa vurdular
Olimpizm xəbərləri
02.07.2023, 19:10
İyulun 2-də Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarına yekun vurulub. 48 ölkədən 7 minə yaxın idmançının mübarizə apardığı yarışda atletlər idmanın 29 növü üzrə 253 dəst medal uğrunda yarışıblar. Oyunlarda Azərbaycan idmançıları da təmsil olunublar. Polşaya 14 (atletika da daxil) idman növü üzrə 101 idmançı ilə yollanan Azərbaycan komandası Oyunları ümumilikdə 11 (3 qızıl, 2 gümüş, 6 bürünc) medalla başa vurub. İdmançılarımız Krakov-2023-də medalları 5 idman növündə - karate (2 qızıl, 1 bürünc), kikboksinq (1 qızıl), taekvondo (1 gümüş, 1 bürünc), boks (1 gümüş, 1 bürünc), muay-tay (3 bürünc) əldə ediblər.
Komandamızın heyətində qızıl medallara karateçilərimiz Tural Ağalarzadə (67 kq), İrina Zaretska (68 kq) və kikboksçumuz Fərid Ağamoğlanov (63,5 kq) layiq görülüb. Taekvondoçumuz Səyyad Dadaşov (54 kq) və boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə gümüş medala sahib çıxıb. III Avropa Oyunlarının bürünc medllarını isə komandamıza karateçimiz Asiman Qurbanlı (+84 kq), taekvondoçumuz Qaşım Maqomedov (58 kq), boksçumuz Murad Allahverdiyev (80 kq) və muay-tayçılarımız Xəyal Əliyev (67 kq, Emili Rzayeva (63,5 kq), Aysu Devrişova (57 kq) qazandırıb.
Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 24-cü yeri tutub. Rusiya komandasının iştirak etmədiyi III Avropa Oyunlarında birinci pillənin sahibi 100 (35 qızıl, 26 gümüş, 39 bürünc) medalla İtaliya millisi olub. Beləliklə, Bakı-2015 və Minsk-2019-dan sonra Avropa Oyunlarının qalibi adını fərqli komanda qazanıb. Qeyd edək ki, əvvəlki yarışlarda Rusiya komandası birinciliyi əldə etmişdi. Krakov-2023-də ikinci yerdə İspaniya 57 (21 qızıl, 17 gümüş, 19 bürünc), üçüncü yerdə isə Ukrayna 41 (21 qızıl, 12 gümüş, 8 bürünc) komandası qərarlaşıb. Almaniya 63 (20 qızıl, 16 gümüş, 27 bürünc) və Fransa 62 (17 qızıl, 19 gümüş, 26 bürünc) isə müvafiq olaraq, 4-5-ci yerləri tutub.
Oyunlarda ümumilikdə 840 medal sahibini tapıb. Bunların 254-ü qızıl, 253-ü gümüş, 333-ü bürüncdür. Krakov-2023-də 48 ölkədən 41-i medal qazanıb ki, onlardan da 35-i çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri isə 2019-cu ildə Minskdə keçirilib. Azərbaycan millisi Bakı-2015-də 56 (21 qızıl, 15 gümüş, 20 bürünc) medal qazanaraq ümumi medal sıralamasında ikinci yeri tutub. Minsk-2019-da isə komandamız 28 (5 qızıl, 10 gümüş, 13 bürünc) medal qazanaraq medal sıralamasında 10-cu olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı
Bugün, 13:30 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
Bugün, 12:50 MOK
-
Azərbaycan Premyer Liqasında yeddinci tura start verilir
Bugün, 11:25 Futbol
-
Basketbol Liqasında ikinci tur başlayır
Bugün, 11:08 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
Bugün, 10:54 Cüdo
-
8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
Bugün, 10:35 Boks
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 10:00 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
08.10.2026, 18:40 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
08.10.2026, 15:55 MOK
-
Cüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
08.10.2026, 15:47 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
08.10.2026, 15:16 Cüdo
-
Avropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
08.10.2026, 11:01 Boks
-
Azərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
08.10.2026, 10:52 Futbol
-
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
08.10.2026, 10:39 Atletika
-
Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
08.10.2026, 10:31 Olimpiya dünyası
-
Dünya çempionatında beşinci yarış gününə start verilir
08.10.2026, 10:03 Cüdo
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
07.10.2026, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
07.10.2026, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
07.10.2026, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:36 Cüdo
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
07.10.2026, 18:16 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
07.10.2026, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
07.10.2026, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
07.10.2026, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
07.10.2026, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
07.10.2026, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
07.10.2026, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
07.10.2026, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
07.10.2026, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
07.10.2026, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
07.10.2026, 11:40 Cüdo
-
Azərbaycan Kubokunda yeni mövsüm başlayır
07.10.2026, 11:02 Futbol
-
Messi millidəki karyerasını başa vurdu
07.10.2026, 10:48 Futbol