Bu gün Çempionlar Liqasının qrup mərhələsinə start veriləcək

Bu gün Çempionlar Liqasının qrup mərhələsinə start veriləcək

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək. İlk oyun günündə E, F, G və H qruplarında 8 oyun təşkil olunacaq.

Gecənin ən maraqla gözlənilən oyunu Parisdə təşkil olunacaq. Fransanın PSJ komandası doğma meydanda Almaniyanın “Borussiya” komandasını qəbul edəcək.

Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sentyabrın 20-də keçiriləcək.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

19 sentyabr

E qrupu

23:00. “Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya)

23:00. “Latsio” (İtaliya) – “Atletiko” (İspaniya)

F qrupu

20:45. “Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə)

23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

G qrupu

20:45. “Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya)

23:00. “Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)

H qrupu

23:00. “Barselona” (İspaniya) – “Antverpen” (Belçika)

23:00. “Şaxtyor” (Ukrayna) – “Portu” (Portuqaliya)