Monqolustan idmançıları gələn il keçirilməsi planlaşdırılan Paris Olimpiadasında neytral bayraq altında çıxış edə bilərlər. Ölkənin idman rəsmilərindən olan Daşseqviyn Amarbayasqalan bu barədə məlumat verib. «WADA ölkənin antidopinq qurumu olan MONADA-nı hələ ki, öhdəliyi yerinə yetirməməkdə təqsirləndirir. Əgər belə olsa, Monqolustan Paris-2024-də ağ bayraq altında çıxış edəcək. Hələ vaxta var. Qısa zaman ərzində işçi qrup yaradaraq, məsələnin həllini tezləşdirmək lazımdır. Bu işdə özüm bütün qüvvə və bacarığımı səfərbər edəcəyəm», - deyə o, brifinqdə bildirib.
Xatırladaq ki, Ümümdünya Antidopinq Agentliyi tərəfindən cəzalandırılan monqolustanlı idmançılar uzun müddətdir ki, beynəlxalq yarışlardan kənarda qalıblar.