“Xarı Bülbül Laçın” - “Neftçi” oyunu təxirə salındı - SƏBƏB

“Xarı Bülbül Laçın” - “Neftçi” oyunu təxirə salındı - SƏBƏB

BOK

06.12.2023, 14:51

Bu gün kişi voleybolçuların Azərbaycan çempionatında keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Laçın” - “Neftçi” oyunu bəzi oyunçuların səhhətində problem yarandığı üçün təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə, “Neftçi” komandasından federasiyaya rəsmi müraciət olunub. Müraciətdə komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdollah Azmoun, Mohammad Norouzi, Mohammad Abolhasanı, Mohsen Vazehi) yüksək hərarətin (Diaqnoz-Kəskin Respirator Xəstəlik, KRX) müşahidə edildiyi bildirilib. AVF yaranmış bu vəziyyəti nəzərə alaraq qarşılaşmanın təxirə salınmasına qərar verib.

Həmin oyunun keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR