"Qırmızı şeytanlar" doğma meydanda böyükhesabla məğlub oldu 

"Qırmızı şeytanlar" doğma meydanda böyükhesabla məğlub oldu 

 

Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilir. Turun maraqla gözlənilən oyunlarından biri “Old Traford”da baş tutub. “Mançester Yunayted” klubu doğma meydanda “Bornmut”u qəbul edib. Oyun “manikunyan”ların böyükhesablı məğlubiyyəti ilə başa çatıb -0:3. Bu məğlubiyyətdən sonra aktivində 27 xalı olan “qırmızı şeytanlar” 6-cı pillədə qərarlaşır. “Bornmut” isə qələbə sayəsində xallarının sayını 19-a çatdıraraq 13-cü pilləni ələ keçirib.