Avropa çempionatı: badmintonçularımız təsnifat mərhələsində qələbə qazandılar

Avropa çempionatı: badmintonçularımız təsnifat mərhələsində qələbə qazandılar

Qadın badmintonçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində tarixində ilk dəfə qələbə qazanıb. Heyətində Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Həcər Nuriyeva, Era Maftuha və Aysu Kərimzadə olan yığma Slovakiyaya 3:1 hesabı ilə qalib gələrək, Şotlandiya və Estoniyanın da yer aldığı qrupda üçüncü olub.

Qrupun digər oyununda Şotlandiya Estoniyanı 5:0 hesabı ilə məğlub edərək, Avropa çempionatının final mərhələsinə yüksəlib.