Melo: “İdmançı meydanda hörmətsizlik göstərə bilməz” - FOTO

Melo: “İdmançı meydanda hörmətsizlik göstərə bilməz” - FOTO

“Fluminense”nin müdafiəçisi Felipe Melo “Mançester Siti”nin cinah oyunçusu Cek Qrilişin davranışını bəyənmədiyini bildirib. "Matç zamanı Qriliş “Fluminense” komandasına qarşı hörmətsizlik etdi. Bu məni qəzəbləndirdi. Oyun zamanı o, “Ole” - deyə qışqırdı. Azarkeşlər bunu edə bilər, belə qışqıra bilər, amma idmançı meydanda hörmətsizlik göstərə bilməz”, - deyə Melo X (keçmiş Twitter) sosial şəbəkəsində bildirib.

Xatırladaq ki, Melo matçdan sonra İngiltərə klubunun müdafiəçisi Kayl Uokerlə dalaşıb. 40 yaşlı futbolçunun özünün daha sonra izah etdiyi kimi, toqquşma "Mançester Siti"nin oyunçusunun Melonun komanda yoldaşı Martinellini itələdiyi üçün baş verib.

Melo: “İdmançı meydanda hörmətsizlik göstərə bilməz” - FOTO Melo: “İdmançı meydanda hörmətsizlik göstərə bilməz” - FOTO