2023-cü il klublararası dünya çempionatının ən yaxşı futbolçusu müəyyənləşib. Mükafata “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri layiq görülüb. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. 27 yaşlı ispaniyalı turnirin ən yaxşı oyunçusu kimi “Qızıl top”a layiq görülüb. “Gümüş top” isə onun komanda yoldaşı, sağ müdafiəçi Kayl Uokerə verilib. "Fluminense"nin yarımmüdafiəçisi Con Arias Adidas "Bürünc Top"u qazanıb. Qeyd edək ki, “Mançester Siti” turnirin finalında Braziliya “Fluminense”sini məğlub edib (4:0).
Ən yaxşıların yaxşısı