Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun oyunları davam edir. Bu gün təşkil olunan günün ilk oyununda "Neftçi" klubu doğma meydanda "Kəpəz"lə qarşılaşıb. Oyun flaqmanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Ağ-qaralar"ın heyətində qələbə qollarını matçın 8-ci dəqiqəsində Azər Salahlı, 71-ci dəqiqədə isə Andre Şinyaşiki vurub.
İli qələbə ilə başa vuran paytaxt təmsilçisi xallarının sayını 28-ə çatdıraraq yenidən üçüncü pilləni ələ keçirib. Aktivində 14 xalı olan “Kəpəz” komandası isə 9-cu sırada qalıb.