Həndbol üzrə Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib. Qadınların “AHF Arena”da keçirilən görüşlərində əvvəlcə “İdman Akademiyası” ilə “Bakı” üz-üzə gəlib.
Nominal ev sahibinin üstünlüyü ilə yaddaqalan oyun 35:22 hesabı ilə başa çatıb.
“Qarabağ” - “Kür” matçı daha gərgin mübarizə şəraitində keçib. Mingəçevir həndbolçularının ciddi müqavimətinə baxmayaraq, pərəstişkarlarını sevindirən “Qarabağ” ardıcıl 6-cı qələbəsini rəsmiləşdirib - 29:25.
“Azəryol” isə növbəti uğurlu nəticəni “Gənclər Birliyi” ilə oyunda qazanıb. Komandalar arasındakı aşkar səviyyə fərqi tabloda da əksini tapıb – 5:57.
Kişilərin mübarizəsində 6-cı tura “İdman Akademiyası” – “Bakı” görüşü ilə start verilib. Daha inamlı oyun göstərən paytaxtın eyniadlı komandası matçı 37:20 hesablı qələbə ilə başa vurub.
“Azəryol” – “Təhsil” görüşündə birincilər üstünlüklərini 10 xallıq fərqlə büruzə veriblər 39:29.
“Qarabağ” isə “Dinamo” ilə oyunda qarşıya qoyulan tapşırığı yerinə yetirib – 48:32.