36 ildən sonra Xankəndiyə qayıdış - FOTO
Olimpizm xəbərləri
25.12.2023, 15:01
2023-cü il həm də Azərbaycan futbolunun Xankəndiyə qayıdışı ilə əlamətdar oldu. Əvvəlcə tarixə ekskursla başlayıb qeyd edək ki, sovet dövründə burada da “Qarabağ” adlı komanda fəaliyyət göstərib, SSRİ çempionatının 2-ci liqasında çıxış edib. Ən böyük uğuruna 1979-cu ildə öz zonasında üçüncü yeri tutmaqla imza atıb, özü də azərbaycanlı məşqçi Əli Əbilzadənin rəhbərliyilə: 1-ci liqaya yüksələn Gürcüstan “Quriya”sından da cəmi üç xal geri qalıb. 1988-ci ildən o komandanın de-fakto Azərbaycanla bütün əlaqələri kəsilib. Bizim komandalarla qarşılaşmasın deyə, əsasən, Qafqaz təmsilçilərinin yer aldığı 9-cu zonadan uzaqlaşdırılıb, hətta 1990-1991-ci illərdə ikinci liqanın Ermənistan zonasında yarışıb. Ermənilərin Qarabağda qanunsuz ərazi iddiaları ilə başlayan məlum hadisələrdən əvvəl 1987-ci ildə isə Xankəndidə Azərbaycanın digər komandalarından Gəncə “Kəpəz”i, Sumqayıt “Şəfəq”i, Mingəçevir “Avtomobilçi”si və son olaraq sentyabrın 15-də Qazax “Göyəzən”i çıxış edib… Nəhayət, Azərbaycan futbolçularının yenidən Xankəndi stadionunun meydanına çıxmaları 36 ildən çox çəkən fasilədən sonra reallaşdı. Ölkə Prezidenti İlham Əliyevin də izlədiyi və topa ilk zərbəni vurduğu oyunda Ağdam “Qarabağ”ı 90+5-ci dəqiqədə Nəriman Axundzadənin qolu ilə aşağı liqa təmsilçisi MOİK-ə 1:0 hesabı ilə qalib gələrək Azərbaycan kubokunda 1/4 finala yüksəldi. ...Bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Xankəndi işğaldan azad olunduqdan sonra artıq oktyabrda “Qarabağ”ın hazırkı futbol mövsümündə bəzi ev oyunlarını bu şəhərdə keçirə biləcəyi ilə bağlı xəbərlər yayılmağa başladı. Elə o vaxtdan Xankəndi şəhər stadionunda təmir-bərpa işlərinə start verildi. Noyabrın 15-də isə “Qarabağ”ın ölkə kubokunda oyununu sözügedən arenada keçirəcəyi barədə məlumat yayıldı. Nəhayət, dekabrın 21-də Gənclər və İdman Nazirliyi, PFL və Bakı Şəhər Halqasının təşkilatçılığı ilə tarixi hadisə reallaşdı. Maraqlıdır ki, rəsmi məlumata əsasən, 4590 tamaşaçının canlı izlədiyi bu qarşılaşmanın hakim-inspektoru da tarixi sima – Xankəndi “Qarabağ”ında oynamış sonuncu azərbaycanlı Munis Abdullayev idi. 1987-ci ildə iyirmi iki yaşı olan həmyerlimiz o vaxt komandanın 30 oyununun hamısında çıxış edib, iki qol da vurmuş, Xankəndidə sonuncu dəfə 1987-ci il oktyabrın 5-də meydana çıxmışdı... 2024-cü ildə Xankəndinin futbol və digər idman yarışlarına daha tez-tez ev sahibliyi edəcəyi gözlənilir. Azərbaycan kubokunun dörddəbir və yarımfinal mərhələlərində komandalar artıq iki dəfə - evdə və səfərdə qarşılaşacaqlar. “Qarabağ”ın gələn il kubokda növbəti ev oyunlarının (fevralın 6 və ya 7-də “Sabah”la qarşılaşmalıdır), həmçinin iyunun 2-nə təyin edilən final qarşılaşmasının Xankəndidə keçiriləcəyi də istisna edilmir. Azərbaycan ordusunu təmsil edən MOİK komandası da Premyer Liqaya yüksələcəyi təqdirdə 2024/25 mövsümündən Xankəndiyə köçərək ev oyunlarını orada keçirə bilər. 2024-cü ilin fevralında ilk dəfə UEFA Avropa Liqasında qrupdan sonrakı pley-off mərhələsində çıxış edəcək “Qarabağ” – eləcə də Azərbaycan futbolu – üçün növbəti tarixi hadisə isə sonuncu dəfə 12 may 1993-cü ildə oynadığı dogma Ağdamda yenidən inşa ediləcək “İmarət”ə qayıdış olacaq.
Rasim Mövsümzadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
Bugün, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
Bugün, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
Bugün, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
Bugün, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
Bugün, 18:36 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
Bugün, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
Bugün, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
Bugün, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
Bugün, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
Bugün, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
Bugün, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
Bugün, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
Bugün, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
Bugün, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
Bugün, 11:40 Cüdo
-
Azərbaycan Kubokunda yeni mövsüm başlayır
Bugün, 11:02 Futbol
-
Messi millidəki karyerasını başa vurdu
Bugün, 10:48 Futbol
-
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəlib
Bugün, 10:34 Boks
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 10:00 Cüdo
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası