Azərbaycan birinciliyinin qalibləri mükafatlandırılıb

Azərbaycan birinciliyinin qalibləri mükafatlandırılıb

Qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi keçirilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda sablya və şpaqa üzrə qaliblərin adlarına aydınlıq gəlib. Azərbaycan Qılıncoynatma Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri diplom və medallarla təltif olunublar.