“Mançester Siti”nin hücumçusu Erlinq Haaland sosial şəbəkədə Santa Klaus geyimində foto paylaşaraq azarkeşlərinə Milad bayramını təbrik edib. Fotoda Şaxta baba kimi geyinmiş norveçli futbol topu və Çempionlar Liqasının kuboku ilə pozlar verib.
O, “Ho-ho-ho! Milad burada! Ümid edirəm ki, sevdiklərinizlə birlikdə əla vaxt keçirəcəksiniz” - deyə fotoya şərh qeyd edib.
Bir neçə saat sonra internetdə PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappenin fotosu yayılıb, o da bayram ərəfəsində Santa Klaus geyimində görünüb.