Bu gün Azərbaycan idmanında 2023-cü ilin ən yaxşılarının mükafatlandırma mərasimi keçiriləcək. Mükafatlar Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək qala-mərasimdə qaliblərə təqdim olunacaq. Ən yaxşıların seçimi 3 mərhələdən ibarət olub. İlkin mərhələdə Olimpiya idman növləri üzrə federasiyalar nominasiyalar üzrə öz namizədlərini yazıb təqdim ediblər. İkinci mərhələ sosial media vasitəsilə izləyicilər arasında aparılıb. Nəhayət, üçüncü mərhələdə isə nazirlikdə yaradılmış münsiflər komissiyasının rəyi nəzərə alınıb.
Seçim prosesində namizədlər federasiyalardan 50 faiz, izləyicilərdən 30 faiz, xüsusi münsiflər komissiyasından isə 20 faiz səs alıblar.