Mbappe ailəsi ilə qış tətilinə çıxıb - FOTO

Mbappe ailəsi ilə qış tətilinə çıxıb - FOTO

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe sosial şəbəkələrdə ailəvi qış tətilindən fotolar paylaşıb. Kadrlarda Kilianın kiçik qardaşı, bu yaxınlarda parislilərin əsas komandasında debüt edən Ethan Mbappe və ataları Vilfrid də var.

Qeyd edək ki, bu mövsüm Kilian Mbappe parislilərin heyətində bütün turnirlərdə 22 oyun keçirib və 21 qol vurub və 2 məhsuldar ötürmə edib. Eyni zamanda, Kilianın PSJ ilə 2024-cü ilin yayına qədər müqaviləsi var və müqaviləni bir il uzatmaq imkanı var. “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.