Hokkey üzrə finlandiyalı dünya çempionu və Olimpiya oyunlarının bürünc mükafatçısı Cuhamatti Aaltonen karyerasını İtaliya millisində davam etməyi planlaşdırır. O, 3 il sonra Milano Kortina şəhərində keçiriləcək qış olimpiadasında iştirak barədə düşünür. “Bir neçə il İtaliyada oynamaq, ölkə vətəndaşı olmaq və onu Milanda keçiriləcək Olimpiya Oyunlarında təmsil etmək qərarına gəldim. Bəli, belə də olmalıdır. Çoxdandır ki, bu barədə bir söz deyib, dayanmışdım. Bunu zarafat üçün demişdim. Çünki həyat yoldaşım və övladım İtaliya pasportlarına malikdirlər. Fikirləşirdim ki, görəsən vətəndaşlıq alıb, həmin ölkəni təmsilç etsəm necə olar? Özümü sınamaq istəyirəm», - deyə 38 yaşlı hücumçu «Mtvuutiset» saytına bildirib.
Olimpiya mükafatçısı yığma komandasını dəyişir