“Marca”nəşrinin yaydığı məlumata görə "Barselona", PSJ, "Milan" və "Mançester Siti" avrokuboklardan kənarlaşdırıla bilər. Bildirilib ki, UEFA maliyyə feyr-pley qaydalarını poza biləcək bir neçə Avropa klubuna qarşı araşdırma aparır. Xüsusilə, söhbətin Kataloniya təmsilçisinin gəlirləri və digər maliyyə əməliyyatları ilə bağlı şübhəli hesablardan getdiyi qeyd edilir. Həmin klublardan başqa, daha 6 komandanın feyr-pley qaydalarını pozmaqda şübhəli bilindiyi vurğulanıb. UEFA-nın onları avrokuboklardan diskvalifikasiya edə biləcəyi yazılıb.
Nəşr yazıb ki, bu iş üzrə qərarın 2024-cü ilin fevralında veriləcəyi gözlənilir.