Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını açıqlayıb - FOTO
BOK
26.12.2023, 23:04
Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı dekabrın 26-da qala mərasimi təşkil edib.
"Buta Palas"da təşkil olunan mərasimə dövlət və hökumət rəsmiləri, federasiyaların rəhbərləri, titullu idmançılar və media nümayəndələri qatılıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da mərasimdə iştirak ediblər.
Qala mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2023-cü ilin Azərbaycan üçün bir sıra vacib hadisələrlə yadda qaldığını bildirib. Bu il ölkəmizin suverenliyinin tam təmin olunduğunu vurğulayan nazir Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə “Qarabağ” və MOİK komandaları arasında keçirilmiş oyunu ən uğurlu idman tədbiri adlandırıb. Azərbaycanın bu il də nüfuzlu yarışlara ev sahibliyi etdiyini söyləyən Fərid Qayıbov idmançıların beynəlxalq turnirlərdən çoxlu medallarla qayıtdıqlarını və doqquz Olimpiya lisenziyası qazanıldığını diqqətə çatdırıb. Bu münasibətlə idman ictimaiyyətini təbrik edən nazir qarşıdakı Olimpiya ilində bütün idmançılara uğurlar arzulayıb.
Ümummilli Lider Heydər Əliyevlə bağlı videoçarxın nümayiş olunmasından sonra 19 nominasiya üzrə qaliblərin adları açıqlanıb.
İlin ən yaxşı qadın idmançısı
1. Zöhrə Ağamirova (Bədii gimnastika) 2. Gövhər Beydullayeva (Şahmat) 3. İrina Zaretska (Karate)
İlin ən yaxşı kişi idmançısı 1. Hidayət Heydərov (cüdo) 2. Mixail Malkin (İdman Gimnastikası 3. Həsrət Cəfərov (Yunan-Roma güləşi)
İlin ən yaxşı qadın komandası 1. Bədii gimnastika üzrə milli komanda 2. Şahmat yığması 3. "Neftçi" Basketbol klubu (3x3)
İlin ən yaxşı kişi komandası 1. "Qarabağ" futbol klubu 2. Yunan-Roma güləşi üzrə yığma komanda 3. Tamblinq yığması
İlin ən yaxşı hakimi 1. Nazim Umbayev (cüdo) 2. Sədi Quliyev (güləş) 3. Asif Şirəliyev (güləş)
İlin ən yaxşı məşqçisi 1. Qurban Qurbanov (futbol) 2. Siyana Vasileva (Bədii gimnastika) 3. Rüstəm Alimli (cüdo)
İlin ən yaxşı idman tibb personalı 1. Ramil Vəliyev (cüdo) 2. Zaur Abdullayev (boks) 3. Milli İdman Tibb və Reabilitasiya Elmi Praktiki İnstitutu
İlin ən yaxşı idman federasiyası 1. Azərbaycan Gimnastika Federasiyası 2. Azərbaycan Cüdo Federasiyası 3. Azərbaycan Kanoe və Avarçəkmə
İlin ən yaxşı idman klubu 1. "Ocaq Sport" İdman Klubu 2. "Sabah" Basketbol Klubu 3. "Qarabağ" Futbol Klubu
İlin ən yaxşı Olimpiya İdman Kompleksləri 1. Quba Olimpiya İdman Kompleksi 2. Şəki Olimpiya İdman Kompleksi 3. Sumqayıt Olimpiya İdman Kompleksi
İlin ən yaxşı idman qurğusu 1. "Kür" Olimpiya İdman Təlim Mərkəzi 2. Milli Gimnastika Arenası 3. Bakı Su İdmanı Sarayı
İlin ən yaxşı idman məktəbi 1. Şuşa UGİM 2. "Ulduz" Futbol Akademiyası 3. Su idman növləri üzrə yüksək idman ustalığı məktəbi
İlin Ədalətli oyun (Fair Play) mükafatçısı 1. Qurban Qurbanov 2. Azərbaycan Badminton Federasiyası 3. Fariz Hüseynov (cüdo)
İlin ən yaxşı idman tədbiri 1. Atıcılıq üzrə dünya çempionatı 2. Kanoe və Avarçəkmə üzrə Prezident reqatası-2023 3. Taekvondo üzrə dünya çempionatı
İlin idman kəşfi 1. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançası 2. Xədicə Qədəşova (cüdo) 3. Nicat Abbasov (şahmat)
İlin ən fəal idman jurnalisti 1. Zəki Feyzullayev (İdman.biz) 2. Gəray Qiyasov (Real TV) 3. Kənan Hakimov (İTV)
İlin ən yaxşı idman fotoqrafı 1. Dilavər Nəcəfov (AGİN) 2. Rüfət Abdullayev (İdman.biz) 3. Zaur Mustafayev (Trend.az)
İlin ən yaxşı idman filmi 1. Stadionlar səssiz olanda 2. Qızlara ağ yaraşır 3. Mübariz
İlin ən yaxşı media qurumu 1. CBC sport 2. İdman TV 3. İdman.biz
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23.10.2026, 18:36 Gündəm
-
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
23.10.2026, 15:53 Güləş
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23.10.2026, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
23.10.2026, 14:35 Futbol
-
Basketbol Liqasında IV tura start verilir
23.10.2026, 11:17 Basketbol
-
Millimiz bu gün Polşa komandası ilə qarşılaşacaq
23.10.2026, 10:19 Voleybol
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika