Ronaldo 2023-cü ili lider kimi tamamlayıb - FOTO

Ronaldo 2023-cü ili lider kimi tamamlayıb - FOTO

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatı matçında “Əl-İttihad”la görüşdə yeni uğuru ilə yadda qalıb. Belə ki, o matçda iki qol vuraraq, 2023-cü ildə qol sayına görə bütün rəqiblərini qabaqlayıb. 38 yaşlı Ronaldo 2023-cü ildə 53 qol vurub. O, PSJ-nin hücumçusu Kilian Mbappe və "Bavariya"nın ingilis hücumçusu Harri Keyni geridə qoyub – 52 qol.

Qeyd edək ki,18-ci turun görüşü "Əl-Nəsr"in 5:2 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo 19 və 68-ci dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. “Əl-Nəsr”in heyətində Anderson Taliska (38-ci dəqiqə), Sadio Mane iki dəfə fərqlənib (76, 82). “Əl-İttihad”dan isə qolları Abderrazak Hamdallah (14, 52) vurub.

Ronaldo 2023-cü ili lider kimi tamamlayıb - FOTO Ronaldo 2023-cü ili lider kimi tamamlayıb - FOTO Ronaldo 2023-cü ili lider kimi tamamlayıb - FOTO Ronaldo 2023-cü ili lider kimi tamamlayıb - FOTO Ronaldo 2023-cü ili lider kimi tamamlayıb - FOTO