AS xəbər verir ki, Madrid "Real"ı italiyalı baş məşqçi Karlo Ancelotti ilə müqaviləni 2024-cü ilin yanvarından etibarən artıra bilər. Mənbənin sözlərinə görə, Kral klubunun rəhbərliyi 64 yaşlı italyan məşqçinin işin dən məmnundur. Bu səbəbdən onunla İspaniya Superkuboku çərçivəsində “Real”ın yanvarın 10-da “Atletiko” ilə yarımfinal oyunundan əvvəl görüşməyi planlaşdırır.
Bildirilir ki, Ancelottinin özü də müqaviləni uzatmaq təklif olunarsa, 2024/2025 mövsümündə “Los Blancos” ilə əməkdaşlığı davam etdirməyə hazırdır.
Qeyd edək ki, La Liqanın 18 turundan sonra "Real" 45 xalla turnir cədvəlinə başçılıq edir.
Xatırladaq ki, bundan əvvəl Ancelottinin 2024-cü ilin yayında Braziliya millisinə rəhbərlik edə biləcəyi bildirilirdi.