Superliqa rəhbərliyi UEFA-nı Avropa Məhkəməsinə təzyiq göstərməkdə ittiham edib. Bu barədə Super Liqanın açıqlamasında deyilir: “UEFA başa düşmür ki, onun monopoliyasına son qoyulub. Onun imtiyazlarının azad Avropada yeri yoxdur. Ədliyyə heç bir şübhə doğurmayan aydın bir bəyanat verdi ki, onlar alternativ yarışları təşviq etmək istəyən klubları artıq hədələyə və ya sanksiyalara məruz qoya bilməzlər. İndi də onlar Avropa Məhkəməsinin özünə təzyiq etməkdə davam edirlər”, - deyə “El Espanol” Super Liqanın bəyanatından sitat gətirib.
Super Liqa UEFA-nı itiham edir