“İnsan bədəni maksimum 160 il yaşamaq üçün nəzərdə tutulub”. Bu sözləri “NEWS.ru”ya Rusiyanın əməkdar həkimi, infeksionist Sergey Ryabov deyib. O bildirib ki, Bütün alimlər təxminən 160 ildən danışır. Lakin heç kim bu qədər uzun yaşayıb. O qeyd edib ki, qocalma və ölmə prosesləri genlərə xas olduğu üçün “materialist nöqteyi-nəzərdən ölməz həyat üçün heç bir perspektiv vəd etmir. Ryabovun sözlərinə görə, indi maksimum yaş həddi 122 ildir. Lakin alimlər bu rəqəmə də şübhə ilə yanaşırlar.