Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO

Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO

"Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) müəllim və işçiləri arasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə futzal turniri keçirilib.

Dekabrın 28-də universitetin Heydər Əliyev Muzeyində turnirin qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə AZMİU-nun sosial məsələlər və ictimaiyyət üzrə prorektoru Orxan Naqdiyev, universitetin İdman klubunun rəhbəri Ramin Allahverdiyev, universitetin Həmkarlar İttifaqının sədri Surxay Əliyev, Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçular Asif Əliyev, Tərlan Əhmədov, Novruz Əzimov, Nadir Şükürov və müəlim heyəti iştirak edib.

Tədbir iştirakçılarını salamlayan AZMİU-nun idman klubunun rəhbəri Ramin Allahverdiyev onları qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib. O, ilk dəfə keçirilən turnirinin gərin mübarizə şəraitində keçdiyini və belə yarışların gələcəkdə ənənəvi şəkildə hər il təşkil olunacağını bildirib.

Univeritetin Sosial məsələlər və ictimaiyyət üzrə prorektoru Orxan Naqdiyev isə turnirin əhəmiyyətindən danışaraq, turnirin müəllim heyəti arasında böyük marağa səbəb olduğunu qeyd edib. Universitetin tələbə və müəllim heyətinin idman həyatında fəal şəkildə iştirak etdiyi deyən prorektor həmçinin bu il “Heydər Əliyev İli” çərçivəsində voleybol, basketbol, güləş və şahmat üzrə yarışların da uğurla təşkil olunduğunu diqqətə çatdırıb.

Univeritetin Həmkarlar İttifaqının sədri Surxay Əliyev yarış iştirakçılarına uğurlar arzulayaraq, bu turnirin onların həyatında yaddaqalan olacağına inandığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçular Asif Əliyev, Tərlan Əhmədov, Nadir Əzimov və Nadir Şükürov turnirin əhəmiyyətindən danışaraq, bu cür yarışların gələcəkdə də təşkil olunacağına inandıqlarını qeyd ediblər.

Çıxışlardan sonra turnirin qaliblərinin mükafatlandırma məraimi keçirilib. 4 komandanın (AZMİU-nun idman klubu, “İnzibati”, “İstismar” və “Nəqliyyat fakultəsi”) iştirak etdiyi yarışın qalibi adını “İnzibati” komandası qazanıb. “İstismar” və “Nəqliyyat fakultəsi” komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.

Qeyd edək ki, dekabrın 26-28-də təşkil olunan tunir Azərbaycan Memarlıq və İnşaat Universitetinin, universitetin Həmkarlar İttifaqı Komitəsinin və AZMİU-nun idman klubunun təşkilatçılığı ilə keçirilib.

 

Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO Futzal turnirinin qalibləri mükafatlandırılıb - FOTO