Madrid «Real»ı qış transfer pəncərəsində "Latsio"da çıxış edən mərkəz müdafiəçisi Mario Gilanı geri qaytara bilər.
Mundo Deportivo xəbər verir ki, «Los Blancos» 23 yaşlı ispaniyalının transfer hüquqlarının tam yarısna sahibdir.
"Real»ın iki əsas mərkəz müdafiəçisi Eder Militao və David Alaba çarpaz bağlarından zədəli olduğun futbolçunu qayıdışı labüd sayılır.
Qeyd edək ki, Gila "Latsio"ya 2022-ci ilin iyulunda «Kastilya»dan keçib. Onun transfer məbləği 6 milyon avrodur. Marionun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. «Transfermarkt» isə müdafiəçini 3 milyon avro dəyərində göstərir. İspaniyalı futbolçu bu mövsüm «Latsio»nun heyətində səkkiz oyun keçirsə də, rəqib qapısına yol tapa bilməyib.
«Real» yetirməsini İtaliyadan geri çağırır